Bakının “Neftçi” futbol klubu UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsində qarşılaşacağı Moldovanın “Speranta” komandası ilə oyun üçün sifariş ərizəsini qitənin ali futbol qurumuna təqdim edib.Azərtac xəbər verir ki, siyahıya 3 qapıçı, 8 müdafiəçi, 11 yarımmüdafiəçi və 2 hücumçu daxil edilib. “Neftçi”nin sifariş ərizəsində qapıçılardan Səlahət Ağayev, Kamran İbrahimov və Aqil Məmmədovun adları salınıb. Müdafiəçilərdən Mamadu Mbodj, Anton Krivotsyuk, Voislav Stankoviç, Tural Axundov, Kirilo Petrov, Ömər Buludov, Mehmet Serin və Şöhrət Yusifovun adları siyahıya daxil edilib. Yarımmüdafiəçilərdən Namiq Ələsgərov, Emin Mahmudov, Dario Frederiko, Vanqelis Platellas, Rəhman Hacıyev, Stiven Jozef-Monroz, Turan Vəlizadə, Mamadu Kane, Vüsal Əsgərov, İsmayıl Zülfüqarlı, Soni Mustivarın adlarının yer aldığı siyahıda hücumçu mövqeyində Baqali Dabo və Rauf Əliyev qeyd olunublar.Xatırladaq ki, “Speranta” ilə ilk oyun iyulun 11-də “Zimbru” stadionunda, cavab matçı isə bir həftə sonra “Bakcell Arena”da keçiriləcək. Hər iki görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…