UEFA Avropa Liqasının beşinci turunun oyunları keçiriləcək

24 Noyabr 2016 11:43

Xəbər 856 dəfə oxunub

Noyabrın 24-də UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turunun oyunları keçiriləcək.Azərtac xəbər verir ki, Azərbaycanın bu turnirdə mübarizə aparan “Qarabağ” və “Qəbələ” komandaları da növbəti oyunlarına çıxacaqlar.“Qəbələ” komandası doğma meydanda Belçikanın “Anderlext” klubu ilə qarşılaşacaq. “Bakcell Arena”da keçiriləcək oyunu ukraynalı referi Yevgeni Aranovski idarə edəcək.“Qarabağ” klubu isə səfərdə Çexiyanın “Slovan Libereç” komandasının qonağı olacaq. Bakı vaxtı ilə saat 22:00-da başlayacaq matçı isveçli hakim Stefan Yohannesson idarə edəcək.Ağdamlılar Çexiya səfərində qələbə qazana bilsələr, UEFA Avropa Liqasının 1/16 final mərhələsinə yüksələcəklər. Qrupdakı digər oyunun nəticəsindən asılı olaraq, heç-heçə də təmsilçimizin tarixi nailiyyətə imza atmasına kifayət edir. Bunun üçün “Fiorentina” öz meydanında PAOK-a uduzmamalıdır.xeber100.com