UEFA Avropa Liqasının final mərhələsinin püşkü atılıb

18 Mart 2017 09:05

Xəbər 809 dəfə oxunub

Martın 17-də İsveçrənin Nyon şəhərində futbol üzrə UEFA Avropa Liqasının dörddəbir final mərhələsinin püşkü atılıb.Azərtac xəbər verir ki, yarışın bu mərhələsində 7 ölkə təmsilçisi çıxış edir. Dörddəbir finalda yalnız Belçika 2 komanda ilə təmsil olunacaq.Püşkün nəticəsi aşağıdakı kimidir:

“Anderlext” (Belçika) – “Mançester Yunayted” (İngiltərə)

“Selta” (İspaniya) – “Genk” (Belçika)

“Ayaks” (Hollandiya) – “Şalke” (Almaniya)

“Lion” (Fransa) – “Beşiktaş” (Türkiyə)

Dörddəbir final mərhələsinin ilk oyunları aprelin 13-də, cavab qarşılaşmaları isə 1 həftə sonra keçiriləcək.xeber100.com