Gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində argentinalı sabiq futbolçu, dünya şöhrətli hücumçu Ernan Krespo UEFA-nın ulduz səfiri qismində dekabrın 23-də Azərbaycan paytaxtına gələcək.Azərtac xəbər verir ki, həmin gün saat 12-dən 13-dək UEFA Avropa Liqasına həsr olunmuş muzeydə “İnter” komandasının heyətində üç dəfə İtaliya çempionu olmuş E.Kresponun imza günü təşkil ediləcək.Muzeyin ziyarətçiləri imza günündə sabiq hücumçu ilə yaxından tanış ola, ondan imza ala, eləcə də foto çəkdirə biləcəklər.Saat 13:00-da isə muzeydə E.Kresponun mətbuat nümayəndələri üçün brifinqi keçiriləcək.E.Krespo İtaliyanın “Parma” klubunun heyətində UEFA Kubokunun 1998-1999-cu il mövsümünün qalibi olub. Onun adı 2004-cü ildə FIFA-nın 100 illik yubileyi münasibətilə Pele tərəfindən tərtib edilmiş yaşayan 125 ən yaxşı futbolçunun siyahısında yer alıb.Ötən il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda (BOS) keçirilməsi haqqında qərar qəbul edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…