UEFA Avropa Liqasının final oyununa hazırlıq çərçivəsində

13 May 2019 14:48

Xəbər 584 dəfə oxunub

UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa hazırlıq çərçivəsində finalçı matçının iştirakçıları – “Arsenal” və “Çelsi” klublarının, eləcə də UEFA nümayəndələrinin Bakıya səfəri başlayıb.AFFA-dan Azərtac-a bildiriblər ki, mayın 15-dək davam edəcək səfər proqramında 20-yə yaxın nümayəndə Bakı Olimpiya Stadionunda təhlükəsizlik, azarkeş zonasında hazırlıq prosesi, komandaların üzvlərinin məskunlaşacaqları otellərlə tanış olacaqlar.Səfər çərçivəsində final oyununun təşkili barədə fikir mübadiləsi aparılacaq.Qeyd edək ki, mayın 29-da keçiriləcək final oyunu saat 23:00-da başlayacaq.xeber100.com