UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində…

10 İyul 2017 11:52

Xəbər 895 dəfə oxunub

Futbol üzrə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “İnter” (Bakı)–“Fola” (Lüksemburq) matçının hakimləri müəyyənləşib.Azərtac xəbər verir ki, UEFA ilk qarşılaşmanı israilli hakimlər briqadasına həvalə edib.İyulun 12-də keçiriləcək görüşün baş hakimi Eytan Şmuelevits olacaq. Ona həmyerliləri Nissan Davidu və Saqi Mazamber kömək edəcəklər. Dördüncü hakim funksiyasını Daniel Bar Natan yerinə yetirəcək.Qeyd edək ki, “İnter”–“Fola” görüşü “Dalğa Arena”da saat 20:00-da start götürəcək.xeber100.com