UEFA Avropa Liqasının ikinci turu çərçivəsində keçiriləcək oyunun biletləri satışa çıxarılıb

27 Sentyabr 2016 10:48

Xəbər 1389 dəfə oxunub

UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində keçiriləcək “Qəbələ” – “Maynts” (Almaniya) oyununun biletləri satışa çıxarılıb. Azərtac xəbər verir ki, biletləri Tofiq Bəhramov adına Respublika stadionunun və oyunun keçiriləcəyi “Bakcell Arena”nın kassalarından almaq mümkündür. Qiymətlər sektorlardan asılı olaraq, 2 və 5 manat, VİP sektorlar üçün isə 10 manat təşkil edir. Qeyd edək ki, sentyabrın 29-da “Bakcell Arena”da keçiriləcək “Qəbələ” – “Maynts” matçı saat 19:00-da başlayacaq.xeber100.com