UEFA Avropa Liqasının ilk oyunları çərçivəsində…

28 İyun 2017 11:31

Xəbər 840 dəfə oxunub

İyunun 29-da UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Zirə” komandası Bakıda Lüksemburqun “Differdanj” komandasını qəbul edəcək.Azərtac xəbər verir ki, qarşılaşmanı qazaxıstanlı hakimlər briqadası idarə edəcək.Bakının “Zirə” klubu Avropa Liqasının birinci təsnifat mərhələsinin oyunlarına və növbəti mövsümə hazırlıq çərçivəsində bir neçə güclü futbolçu transfer edərək heyətini gücləndirib.Qardaş ölkədəki ilk sınaq matçında paytaxtın “İnter” komandasından 2:0 hesabı ilə üstün olan “Zirə” ikinci yoxlama görüşündə Kamerunun “Kolumbe Sportivo” klubu üzərində 8:0 hesabı ilə inamlı qələbə qazanıb. Sonuncu yoxlama matçında Qeorqi Hacının baş məşqçisi olduğu Rumıniya çempionu “Vitorul” klubu ilə üz-üzə gələn komandamız rəqibinə 1:2 hesabı ilə məğlub olsa da, yaxşı oyun nümayiş etdirib. Daha sonra komanda Türkiyədən Bakıya qayıdıb və Lüksemburq klubu ilə oyuna tam heyətlə hazırlaşaraq taktiki məşqləri davam etdirib.İyunun 29-da “Dalğa Arena”da keçiriləcək “Zirə” – “Differdanj” komandalarının oyunu saat 21:00-da start götürəcək.xeber100.com