İyulun 28-də UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları keçirilib. Azərtac xəbər verir ki, turnirdəki yeganə təmsilçimiz “Qəbələ” səfərdə “Lill” (Fransa) ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb. İkinci təsnifat mərhələsində “Neftçi”ni mübarizədən kənarlaşdıran Makedoniyanın “Şkendiya” komandası bu dəfə evdə “Mlada Boleslav” ilə (Çexiya) üz-üzə gəlib. Tetovo təmsilçisi matçın 52-ci dəqiqəsində azlıqda qalan rəqibini 2:0 hesabı ilə məğlub edərək pley-offa bir az da yaxınlaşıb. “Kəpəz”i mübarizədən kənarlaşdıran “Admira” (Avstriya) isə evdə “Slovan”la (Çexiya) qarşılaşıb. İlk hissədən sonra stadionun projektorları söndüyündən, oyun yarımçıq dayandırılıb. Həmin vaxtadək komandalar hərəyə bir dəfə fərqləniblər. Texniki problem həll olunduqdan sonra qarşılaşma qaldığı yerdən davam etdirilib. Qalan dəqiqələrdə Çexiya təmsilçisi bir qol vuraraq 2:1 hesab ilə qələbə qazanıb. Digər oyunlarda nəticələr aşağıdakı kimi olub:
AEK (Kipr) – “Spartak” (Moskva, Rusiya) – 1:1
“Aleksandriya” (Ukrayna) – “Hayduk” (Split, Xorvatiya) – 0:3
“Herakles” (Hollandiya) – “Arouka” (Portuqaliya) – 1:1
“Austria” (Vyana, Avstriya) – Spartak (Trnava, Slovakiya) – 0:1
“Höteborq” (İsveç) – HİK (Finlandiya) – 1:2
“Yelqava” (Latviya) – “Beytar” (İsrail) – 1:1
“Lill” (Fransa) – “Qəbələ” (Azərbaycan) -1:1
“Lokomotiv” (Xorvatiya) – “Vorskla” (Ukrayna) – 0:0
“Slaviya” (Praqa, Çexiya) – “Rio Ave” (Portuqaliya) – 0:0
“Zaqlebiye” (Polşa) – “Sonderyiske” (Danimarka) – 1:2
“Torpedo” (Jodino, Belarus) – “Rapid” (Vyana, Avstriya) – 0:0
“Başakşəhər” (Türkiyə) – “Riyeka” (Xorvatiya) – 0:0
“Birkirkara” (Malta) – “Krasnodar” (Rusiya) – 0:3
“Qrasshoppers” (İsveçrə) – “Apollon” (Kipr) – 2:1
“Lutsern” (İsveçrə) – “Sassuolo” (İtaliya) – 1:1
“Genk” (Belçika) – “Kork Siti” (İrlandiya) – 1:0
“Osmanlıspor” (Türkiyə) – “Nomme Kalyu” (Estoniya) – 1:0
“Panatinaikos” (Yunanıstan) – AİK (İsveç) – 1:0
“Panduri” (Rumıniya) – “Makkabi” (Təl-Əviv, İsrail) – 1:3
“Şkendiya” (Makedoniya) – “Mlada Boleslav” (Çexiya) – 2:0
“Voyvodina” (Serbiya) – “Dinamo” (Minsk, Belarus) – 1:1
“Herta” (Almaniya) – “Brondbü” (Danimarka) – 1:0
“Gent” (Belçika) – “Vittorul” (Rumıniya) – 5:0
“Videoton” (Macarıstan) – “Midtyulland” (Danimarka) – 0:1
“Aberdin” (Şotlandiya) – “Maribor” (Sloveniya) – 1:1
“Alkmaar” (Hollandiya) – “Yannina” (Yunanıstan) – 1:0
“Domjale” (Sloveniya) – “Vest Hem” (İngiltərə) – 2:1
“Sent-Etyen” (Fransa) – AEK (Yunanıstan) – 0:0
“Admira” (Avstriya) – “Slovan” (Liberets, Çexiya) – 1:2
Üçüncü təsnifat mərhələsinin cavab matçları avqustun 4-də oynanılacaq.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…