UEFA Avropa Liqasının loqosunu dəyişəcək

31 May 2018 13:03

Xəbər 704 dəfə oxunub

UEFA Avropa Liqasının 2018-2019-cu mövsümündən bu mötəbər turnirin himnini, loqosunu və topunu dəyişəcək.Azərtac UEFA-nın saytına istinadla xəbər verir ki, turnirin yeni topu “Molten” şirkəti tərəfindən hazırlanıb.Bu barədə UEFA-nın rəsmi açıqlamasında deyilir: “Rənglər və loqotip kimi əsas elementlər dəyişməyib, amma vizual görünüşə daha cəsarətli və kəskin cizgilər əlavə edilib. Futbolçular və azarkeşlər arasında əlaqənin rəmzi olan enerji dalğasının yerini uyğunlaşdırılmış xətlər və səthlər tutub ki, bu da vizual olaraq klubların bütün Avropa boyu səyahətini təcəssüm etdirir”.xeber100.com