“Neftçi” və “Qarabağ” klublarının UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.Azərtac xəbər verir ki, UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. Püşkün nəticələrinə əsasən, paytaxt təmsilçisi III təsnifat mərhələsində İsrailin “Bney Yehuda” komandasını mübarizədən kənarlaşdıracağı təqdirdə “Malmö” (İsveç)–“Zrinski” (Bosniya və Herseqovina) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.“Qarabağ” isə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindəki rəqibi Kiprin “APOEL” komandasına uduzarsa, “Sutyeska” (Monteneqro)–“Linfild” (Şimali İrlandiya) duelində qalib gələn komanda ilə qarşılaşacaq.UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyunlar avqustun 22-də, cavab görüşləri isə avqustun 29-da oynanılacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…