UEFA Avropa Liqasının qrup mərhələsinə yekun vurulub

13 Dekabr 2019 14:26

Xəbər 508 dəfə oxunub

Dekabrın 12-də oynanılan 24 qarşılaşma ilə UEFA Avropa Liqasının qrup mərhələsinə yekun vurulub.Azərtac xəbər verir ki, beləliklə, pley-off mərhələsinə “Sevilya” (İspaniya), APOEL (Kipr), “Malmö” (İsveç), “Kopenhagen” (Danimarka), “Bazel” (İsveçrə), “Xetafe” (İspaniya), LASK (Avstriya), “Sportinq” (Portuqaliya), “ÇFR Kluj” (Rumıniya), “Seltik” (Şotlandiya), “Arsenal” (İngiltərə), “Ayntraxt” (Frankfurt, Almaniya), “Reyncers” (Şotlandiya), “Portu” (Portuqaliya), “Espanyol” (İspaniya),“Ludoqorets” (Bolqarıstan), “Volfsburq” (Almaniya), “Gent” (Belçika), Başakşehir” (Türkiyə), “Roma” (İtaliya), “Braqa” (Portuqaliya), “Vulverhempton” (İngiltərə), “AZ Alkmaar” (Hollandiya) və “Mançester Yunayted” klubları yüksəliblər.Qeyd edək ki, növbəti mərhələnin püşkatma mərasimi dekabrın 16-da İsveçrənin Nion şəhərində keçiriləcək.xeber100.com