UEFA Avropa Liqasının qrup mərhələsində

4 Oktyabr 2022 14:13

Xəbər 295 dəfə oxunub

UEFA Avropa Liqasının qrup mərhələsində oktyabrın 6-da keçiriləcək “Olimpiakos” (Yunanıstan) – “Qarabağ” (Ağdam) oyununu idarə edəcək hakimlər müəyyənləşib.Matçı Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimiİrfan Pelto olacaq. Ona Davor Belyo və Damir Laziç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Antoni Bandiç yerinə yetirəcəklər.”Georgios Karaiskakis” stadionunda oynanılacaq “Olimpiakos” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.xeber100.com