UEFA Avropa Liqasının qrup mərhələsində IV turun oyunları başlayır

3 Noyabr 2016 10:30

Xəbər 1453 dəfə oxunub

Bu gün futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçiriləcək. Azərtac xəbər verir ki, Ağdamın “Qarabağ” klubu səfərdə Yunanıstanın PAOK komandasının qonağı olacaq. Bakıda keçirilən oyunda rəqibini məğlub edən (2:0) komandamız bunu Salonikidə də təkrarlamağa çalışacaq. “Qarabağ” heç-heçə sayəsində də qrupdakı vəziyyətini yaxşılaşdıra bilər. Komandamız səfərdə qazanılan bir xal sayəsində də PAOK-u qabaqlayaraq ikinci pilləyə yüksələ bilər. Qrupun digər oyununda “Fiorentina” İtaliyada “Slovan”ı (Çexiya) qəbul edəcək. Qeyd edək ki, PAOK-“Qarabağ” oyunu noyabrın 3-də Salonikidəki “Toumba” stadionunda Bakı vaxtı ilə saat 00:05-də start götürəcək.xeber100.com