UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində

12 Oktyabr 2022 10:17

Xəbər 362 dəfə oxunub

UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində keçiriləcək “Qarabağ” (Ağdam) – “Olimpiakos” (Yunanıstan) oyunu üçün cəmi 2 min bilet qalıb.Satışa çıxarılmış 29 min biletin hamısı satılıb. Son 2 min bilet isə oktyabrın 12-dən satışda olacaq.Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir. 29 və 38-ci sektorlar üçün nəzərdə tutulmuş biletləri yalnız kassalardan almaq mümkündür.Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.xeber100.com