UEFA Çempionlar Liqası növbəti oyununu keçirib

11 Oktyabr 2019 12:11

Xəbər 406 dəfə oxunub

“Araz” futzal klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.Azərtac xəbər verir ki, təmsilçimiz “Benfika” klubu ilə qarşılaşıb. Belçikada təşkil olunan oyun Portuqaliya çempionunun 7:0 hesablı qələbəsi ilə başa çatıb.Azərbaycan çempionu ilk oyununda Belçikanın “Halle-Gooik” klubuna 1:5 hesabı ilə məğlub olub.“Araz” qrupda sonuncu oyununu oktyabrın 12-də Ukraynanın “Xerson” klubuna qarşı keçirəcək.xeber100.com