UEFA Çempionlar Liqası və Avropa Liqasının təsnifat mərhələsinin oyunlarında daha iki texniki məğlubiyyət verib.Azərtac xəbər verir ki, Çempionlar Liqasının birinci təsnifat mərhələsində Farer adalarının “Klaksvik” klubu ilə oyuna çıxa bilməyən Slovakiyanın “Slovan” komandasına 0:3 hesablı məğlubiyyət verilib.Slovakiya klubunun oyundan öncə bir futbolçu və fizioterapevtində COVID-19 aşkarlanmışdı. Bu səbəbdən oyun avqustun 21-nə təxirə salınmışdı. Oyuna əvəzedici heyətlə gələn Bratislava təmsilçisinin gənc oyunçularında da koronavirus tapıldığı üçün UEFA kluba texniki məğlubiyyət verib.İkinci mərhələyə adlayan “Klaksvik” İsveçrənin “Yanq Boyz” klubuna rəqib olub.Avropa Liqasının ilkin mərhələsində Kosovonun “Priştina” klubu texniki məğlubiyyət alıb. Komandanın Cəbəllütariqin “Linkoln Red İmps” klubu ilə oyundan öncə 8 futbolçusunda koronavirus tapılmışdı. Bu səbəbdən UEFA kosovolulara texniki məğlubiyyət verib.UEFA bundan əvvəl Çempionlar Liqasında Kosovonun digər təmsilçisi “Drita”ya texniki məğlubiyyət vermişdi.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…