UEFA Çempionlar Liqasında ən yaxşı futbolçunun adı açıqlanıb

4 May 2018 14:54

Xəbər 924 dəfə oxunub

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb.Azərtac UEFA-nın saytına istinadla xəbər verir ki, azarkeşlər arasında keçirilən səsverməyə əsasən, “Real Madrid”ın qapıçısı Keylor Navas ən yaxşı oyunçu seçilib. Kosta-rikalı futbolçu “Liverpul” klubunun hüçümcüsu Sadio Maneni qabaqlayıb. “Real Madrid” və “Bavariya” arasında 2:2 hesablı heç-heçə ilə bitən görüşdə K.Navas oyun ərzində səkkiz seyv edərək “Real Madrid” klubunun finala vəsiqə qazanmasında böyük rolu olub.UEFA Çempionlar Liqasında həftənin komandasını da açıqlayıb. Komanda da Keylor Navas (“Liverpul”), Marselo, Karvaxal (hər ikisi “Real”), Kolarov, Radja Naigolan (hər ikisi “Roma”), Kimmix, Xames Rodrigez (hər ikisi “Bavariya”), Veynaldium, Salah, Firminyo (hər üçü “Liverpul”) və Dzeko (“Roma”) yer alıblar.xeber100.com