UEFA Çempionlar Liqasında final mərhələsinin daha iki oyunu keçirilib

23 Fevral 2022 12:19

Xəbər 343 dəfə oxunub

Fevralın 23-də futbol üzrə UEFA Çempionlar Liqasında səkkizdəbir final mərhələsinin daha iki oyunu keçirilib.Turnirin son qalibi “Çelsi” İngiltərədə Fransanın “Lill” klubu ilə üz-üzə gəlib.İspaniyalı FIFA referisi Xesus Hil Mansanonun “Stemford Bric” stadionunda idarə etdiyi görüş London təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində qolları 8-ci dəqiqədə Kay Haverts və 63-cü dəqiqədə Kristian Pulişiç vurublar.Gecənin digər oyununda İtaliyanın “Yuventus” klubu İspaniyada “Vilyarreal” komandasının qonağı olub. Matçın baş hakimi almaniyalı Daniel Zibert olub. Gərgin keçən qarşılaşmada qalib müəyyənləşməyib – 1:1.Görüşdə hesabı 32-ci saniyədə Turin klubunun hücumçusu Duşan Vlahoviç açıb. Lakin qonaqlar 66-cı dəqiqədə üstünlüyü əldən veriblər. Daniel Parexo bərabərlik qolunun müəllifi olub.Komandalar arasında cavab oyunları martın 16-da gerçəkləşəcək.xeber100.com