UEFA Çempionlar Liqasında ilk tura yekun vurulub

20 Sentyabr 2018 13:22

Xəbər 589 dəfə oxunub

Sentyabrın 19-da UEFA Çempionlar Liqasında ilk tura yekun vurulub.Azərtac xəbər verir ki, G qrupunda yer alan UEFA Çempionlar Liqasının son qalibi “Real Madrid” klubu doğma meydanda İtaliyanın “Roma” komandasını qəbul edib. İlk dəqiqələrdən üstün oyun nümayiş etdirən Madrid təmsilçisi rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Oyununu əks hücumlar üzərində quran “Roma” klubu qarşılaşmanın 25-ci dəqiqəsində hesabı açmağa yaxın olub. Cengiz Ünderin vurduğu zərbə qapıdan yan keçib. Matçın 45-ci dəqiqəsində oyunun hollandiyalı baş hakimi Bjorn Kupers cərimə meydançası yaxınlığında İskoya qarşı qayda pozuntusunu qeydə alıb. Cərimə zərbəsini zərər çəkmiş özü yerinə yetirib və qola imza atıb – 1:0. “Kral” klubu fasiləyə minimal hesablı üstünlüklə yollanıb.Oyunun 58-ci dəqiqəsində Luko Modriçin ötürməsindən sonra komandanın əsas qol silahı sayılan Qaret Beyl qapıçı ilə təkbətək qalaraq dəqiq zərbə ilə hesab arasındaki fərqi artırıb – 2:0. Qarşılaşmada son nöqtəni maçın 90-cı dəqiqəsində, oyuna ikinci hissədə daxil olan Mariano Diaz qoyub. O, uzaq məsafədən dəqiq zərbə ilə hesab arasındakı fərqi üç topa çatdırıb. Beləliklə, görüş “Real Madrid” klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.Qrupun digər qarşılaşmasında Rusiya təmsilçisi MOİK səfərdə Çexiyanın “Viktoriya Plzen” klubunun qonağı olub. Görüş 2:2 hesabı ilə başa çatıb.H qrupunda yer alan İspaniyanın “Valensiya” klubu İtaliyanın “Yuventus” komandasını qəbul edib. Görüşün 29-cu dəqiqəsində rəqibin üzünə bilərəkdən zərbə endirən turinlilərin yeni transferi Kristiano Ronaldo birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Buna baxmayaraq, oyunda hesabı meydanda 10 nəfərlə qalan “qoca sinyora” açıb. Hakimin təyin etdiyi 11 metrlik cərimə zərbəsini Mirəlim Pyaniç dəqiq zərbə ilə tamamlayıb. Fasilədən sonra hakim oyunda ikinci dəfə meydan sahiblərinin qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. M.Pyaniç yenidən dəqiq zərbə ilə dublunu rəsimləşdirib. Görüş “Yuventus” klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.Qrupun digər qarşılaşmasında “Mançester Yunayted” səfərdə “Yanq Boyz” klubunun qapısından üç cavabsız top keçirib.E qrupunun favoriti sayılan Almaniyanın “Bavariya” klubu səfərdə Portuqaliyanın “Benfika” komandasının qonağı olub. Qarşılaşma almanların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Rəqibin qapısından qolları oyunun 10-cu dəqiqəsində Robert Levandovskiy və 54-cü dəqiqədə Renato Sançes keçirib.Qrupun digər oyununda “Ayaks” doğma meydanda AEK-i böyük hesabla məğlub edib (3:0).Birinci turun gözlənilməz hesabı İngiltərədə qeydə alınıb. “Enfild” stadionunda keçirilən oyunda meydan sahibi “Mançester Siti” Fransanın “Lion” klubunu qəbul edib. Görüş qonaqların 2:1 hesabı qələbəsi ilə başa çatıb.”Şaxtyor” – “Hoffenhaym” oyununda isə 2:2 hesablı heç-heçə qeydə alınıb.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02