Futbol üzrə UEFA Çempionlar Liqasında 1/16 final mərhələsinin püşkatma səbətləri müəyyənləşib.Azərtac qurumun rəsmi saytına istinadla xəbər verir ki, komandalar qitənin ən nüfuzlu klub turnirində qrup mərhələsinin qalibləri və ikinciləri kimi ayrı səbətlərə bölünüblər.Qrup birinciləri: “Arsenal” (qrup “A”, İngiltərə), “Napoli” (“B”, İtaliya), “Barselona” (“C”, İspaniya), “Atletiko Madrid” (“D”, İspaniya), “Monako” (“E”, Fransa), “Borussiya Dortmund” (“F”, Almaniya), “Leyçester Siti” (“G”, İngiltərə) və “Yuventus” (“H”, İtaliya).Qrup ikinciləri: “Paris Saint-Jermain” (qrup “A”, Fransa), “Benfika” (“B”, Portuqaliya), “Mançester Siti” (“C”, İngiltərə), “Bayern Münxen” (“D”, Almaniya), “Bayer Leverkuzen” (“E”, Almaniya), “Real Madrid” (“F”, İspaniya), “Porto” (“G”, Portuqaliya) və “Sevilya” (“H”, İspaniya).Bu mərhələdə komandalar öz qrupundan və təmsil etdiyi ölkədən hər hansı bir klubla qarşılaşa bilməzlər.Onaltıdabir final mərhələsinin ilk matçları fevralın 14-15-də və 21-22-də, cavab qarşılaşmaları isə martın 7-8-də və 14-15-də oynanılacaq.Çempionlar Liqasının 1/16 final mərhələsinin püşkatma mərasimi dekabrın 12-də keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…