Noyabrın 7-də futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulacaq.Azərtac xəbər verir ki, ikinci oyun günündə “E”, “F”, “G” və “H” qruplarında növbəti səkkiz matç keçiriləcək.“E” qrupunun liderləri “Monako” (Fransa – 11 xal) və “Bayer” (Almaniya – 7 xal) öz aralarında formal matça çıxacaqlar. Londonda keçiriləcək “Tottenhem” (İngiltərə – 4 xal) – MOİK (Rusiya – 3 xal) görüşü Avropa Liqasına yollanacaq komandanın kimliyinə aydınlıq gətirəcək.“F” qrupunda oynanılacaq “Real” (Madrid – 11 xal) – “Borussiya” (Dortmund – 13 xal) matçı qrup birincisi baxımından maraq kəsb edəcək. Digər iki komanda “Legiya” (Polşa-1 xal) və “Sportinq” (Portuqaliya- 3 xal) isə Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparacaqlar.“G” qrupunda hələ mərhələ adlamayan “Porto” (Portuqaliya-8 xal) qrupun şəriksiz lideri “Lester”i (İngiltərə – 13 xal) qəbul edəcək. Portuqaliya klubu evdə bərabərə qalarsa və “Kopenhagen” (Danimarka – 6 xal) “Brügge”ni (Belçika – 0 xal) səfərdə məğlub etsə, o zaman skandinaviyalılar mərhələ keçəcəklər.“H” qrupuna başçılıq edən “Yuventus” (İtaliya – 11 xal) bunadək xal qazanmayan “Dinamo”nu (Zaqreb) qəbul edəcək. İkinci onaltıdabir finalçı “Lion” (Fransa-7) – “Sevilya” (İspaniya-10 xal) matçında məlum olacaq. “Lion” doğma meydanda iki top fərqi ilə “Sevilya”nı məğlub edə bilsə, mərhələ adlayan tərəf olacaq. Bu cütün uduzan komandası isə Avroliqada yoluna davam edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…