Fevralın 22-də futbol üzrə UEFA Çempionlar Liqasında səkkizdəbir final mərhələsinin daha iki oyunu keçiriləcək.Qarşılaşmalar Bakı vaxtı ilə gecə saat 12-də başlayacaq.Turnirin son qalibi “Çelsi” İngiltərədə Fransanın “Lill” klubu ilə üz-üzə gələcək. Görüşü ispaniyalı referi Xesus Hil Mansano idarə edəcək.Meydan sahiblərinin heyətində Ben Çiluellin zədə səbəbindən görüşdə iştirak etməyəcəyi dəqiqləşib. Ris Ceyms, Meyson Maunt və Ruben Loftus-Çikin meydana çıxmaları isə sual altındadır. Qonaq komandada isə Renatu Sançeş və İsaak Lihacinin matçda iştirakı hələ dəqiq müəyyənləşməyib.Gecənin digər oyununda İtaliyanın “Yuventus” klubu İspaniyada “Vilyarreal” ilə qarşılaşacaq. Matçın baş hakimi almaniyalı Daniel Zibert olacaq.Hər iki komanda meydana ciddi itkilərlə çıxacaq. Turin təmsilçisinin heyətində Corco Kyellini, Daniele Ruqani, Paulo Dibala və Federiko Kyeza, La Liqa təmsilçisində isə Ruben Penya, Fransis Koklen və Jerar Moreno matçı zədə üzündən buraxmalı olacaqlar. Bundan başqa, qonaq komandada Luka Pelleqrini, Leonardo Bonuççi və Federiko Bernardeskinin meydana çıxması da sual altındadır.Bu komandalar arasında cavab oyunları martın 16-də keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…