UEFA Çempionlar Liqasında yarımfinal mərhələsində

18 May 2023 14:58

Xəbər 304 dəfə oxunub

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin rəmzi komandası açıqlanıb. Rəmzi komandada qapıçı – Ederson (“Mançester Siti”), müdafiəçilər – Kayl Uolker, Manuel Akanci (hər ikisi “Mançester Siti”), Françesko Açerbi, Federiko Dimarko (hər ikisi “İnter”), Malik Tşau (“Milan”), yarımmüdafiəçilər – Kevin De Brüyne, Bernardu Silva (hər ikisi “Mançester Siti”), Hakan Çalhanoğlu (“İnter”), hücumçular – Xulian Alvares (“Mançester Siti”) və Lautaro Martines (“İnter”) yer alıblar.

Qeyd edək ki, Çempionlar Liqasının finalında “Mançester Siti” və “İnter” klubları üz-üzə gələcəklər. Həlledici qarşılaşma iyunun 10-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək.xeber100.com