Oktyabrın 22-də UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin üçüncü turuna start veriləcək.Azərtac xəbər verir ki, bu turnirdə Türkiyənin yeganə təmsilçisi “Qalatasaray” doğma azarkeşlər önündə İspaniyanın “Real Madrid” klubunu qəbul edəcək. A qrupunda mübarizə aparan hər iki klubun aktivində 1 xal var. “Qalatasaray” ilk turda səfərdə Belçikanın “Brügge” komandası ilə heç-heçə (0:0) edib, ikinci oyununda Fransanın “Paris Sen-Jermen” klubuna məğlub olub – 1:0. Qrupun digər oyununda “Brügge” “Paris Sen-Jermen”ni qəbul edəcək.İlk oyun günündə A, B, C və D qruplarında, ümumilikdə, 8 qarşılaşma oynanılacaq:
A qrupu
“Qalatasaray” (Türkiyə) – “Real Madrid” (İspaniya)
“Brügge” (Belçika) – “Paris Sen –Jermen” (Fransa).
Qrupdakı vəziyyət: “Paris Sen –Jermen” – 6, “Brügge” – 2, “Qalatasaray” – 1, “Real Madrid” – 1.
B qrupu
“Olimpiakos” (Yunanıstan) – “Bavariya” (Almaniya)
“Tottenhem” (İngiltərə) – “Srvena Zvezda” (Serbiya)
Qrupdakı vəziyyət: “Bavariya” – 6, “Srvena Zvezda” – 3, “Olimpiakos” – 1, “Tottenhem” – 1.
C qrupu
“Şaxtyor” (Donetsk, Ukrayna) – “Dinamo Zaqreb” (Xorvatiya)
“Mançester Siti” (İngiltərə) – “Atalanta” (İtaliya)
Qrupdakı vəziyyət: “Mançester Siti” – 6, “Şaxtyor”- 3, “Dinamo Zaqreb” – 3, “Atalanta” – 0.
D qrupu
“Atletiko Madrid” (İspaniya) – “Bayer Leverkuzen” (Almaniya)
“Yuventus” (İtaliya) – “Lokomotiv” (Moskva, Rusiya)
Qrupdakı vəziyyət: “Atletiko Madrid” – 4, “Yuventus” – 4, “Lokomotiv” – 3, “Bayer Leverkuzen” – 0.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…