UEFA Çempionlar Liqasının altıncı turuna start veriləcək

11 Dekabr 2018 12:50

Xəbər 584 dəfə oxunub

Dekabrın 11-də UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün qrup mərhələsinin sonuncu – altıncı turuna start veriləcək.Azərtac xəbər verir ki, turun mərkəzi qarşılaşması C qrupunda yer alan İngiltərənin “Liverpul” və İtaliyanın “Napoli” klubları arasında baş tutacaq. İngiltərə təmsilçisi pley-off mərhələsinə çıxmaq üçün bu oyunda mütləq qələbə qazanmalıdır. Qrupun digər oyununda “Srvena Zvezda” (Serbiya) doğma meydanda Fransanın “Paris Sen-Jermen” klubunu qəbul edəcək.Bu qrupa 9 xalla “Napoli” liderlik edir. “Paris Sen-Jermen” 8 xalla ikinci, “Liverpul” isə 7 xalla üçüncü pilədədir. “Srvena Zvezda” 4 xalla sonuncu yerdə qərarlaşıb.Turun maraq doğuran digər görüşü B qrupunda yer alan “Barselona” və “Tottenhem” komandaları arasında oynanılacaq. Kataloniyalılar növbəti mərhələyə vəsiqəni təmin etdiklərinə görə bu oyun onlar üçün formal xarakter daşıyır. Bu qrupun digər oyununda isə Hollandiyanın “PSV Eyndhoven” komandası səfərdə İtaliyanın “İnter” klubunun qonağı olacaq. Qrupdakı vəziyyətlə əlaqədar londonlulara növbəti mərhələyə yüksəlmək üçün “Barselona” ilə oyunda qələbə qazanmaqla yanaşı, “İnter”in də xal itirməsi lazımdır. Qrupun lideri “Barselona”nın 13 xalı var. Hər ikisinin yeddi xalı olan “İnter” ikinci, “Tottenhem” isə üçüncüdür. “PSV Eyndhoven” isə 1 xalla sonuncu sıradadır.Turun digər oyunlarında A qrupunda “Brügge” (Belçika) “Atletiko Madrid”i (İspaniya), “Monako” isə (Fransa) “Borussiya Dortmunt”u (Almaniya) qəbul edəcək. Bu turdakı görüşlərin nəticələrindən asılı olmayaraq, “Atletiko Madrid” (12 xal) və “Borussiya Dortmunt” (10 xal) növbəti mərhələyə vəsiqəni artıq təmin ediblər. “Brügge” 5 xalla üçüncü, “Monako” isə 1 xalla sonuncudur.İstanbulun “Qalatasaray” klubu D qrupunun lideri “Portu”nu qəbul edəcək. Qrupda ikinci yerdə olan “Şalke” isə Moskvanın “Lokomotiv” komandası ilə üz-üzə gələcək. Qrupda “Portu”nun 13, “Şalke”nin 8 xalı var. “Qalatasaray” 4 xalla üçüncü, “Lokomotiv” isə 3 xalla sonuncudur. “Portu” və “Şalke” pley-off mərhələsinə vəsiqəni təmin ediblər.D qrupunun görüşləri Bakı vaxtı ilə saat 21:55-də, digər oyunlar isə gecə saat 12-də başlayacaq.xeber100.com

 

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02