UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində

25 İyun 2021 14:48

Xəbər 411 dəfə oxunub

UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Dinamo” (Tbilisi, Gürcüstan) – “Neftçi” oyununun hakimləri müəyyənləşib.Azərtac xəbər verir ki, matçı İsraildən olan hakimlər briqadası idarə edəcək.Görüşün baş hakimi David Fuksman olacaq. Ona Nati Dotan və Matityahu Yakobov kömək edəcəklər. Dördüncü hakim funksiyasını İdan Leiba yerinə yetirəcək.“Dinamo”-“Neftçi” matçı iyulun 7-də Tbilisidəki Boris Payçadze adına “Dinamo Arena”da keçiriləcək.