UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində

13 İyul 2021 14:57

Xəbər 328 dəfə oxunub

UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində iyulun 14-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Dinamo” oyunu öncəsi komandamızın baş məşqçisi Samir Abasov və kapitan Emin Mahmudovun iştirakı ilə mətbuat konfransı təşkil olunub.Azərtac xəbər verir ki, əvvəlcə baş məşqçi oyun haqda fikirlərini bölüşüb: “Sabah bizim üçün çox önəmli və xoş gündür. Xoş gün olmasının səbəbi azarkeşlərimizin tribunada olmasına icazə verilməsidir. Bu işdə əməyi olanların hər birinə təşəkkür edirəm. Bu bizim xeyrimizə atılmış çox möhtəşəm addımdır.”Sabahkı matçın gərginliyi artıq hiss olunmağa başlayıb. İndidən hansı ajiotajda oynayacağımızı görürük. Hansı komandaya qarşı mübarizə aparacağımızı bilirik. Gürcüstan çempionatının yarısı geridə qaldığına və rəqib komanda tam hazır olduğuna görə bizə əziyyət yaratdı. Səfərdə nəticə ilə oyunumuz üst-üstə düşmədi, çalışacağıq sabah bunu düzəldək. Artıq səfər qolu da ləğv olunub. Buna görə də biz sabah hesaba yox, oyunumuza güvənib nələrsə göstərməyə çalışacağıq. Alınacaqsa, nə xoş bizə”, – deyə baş məşqçi əlavə edib.Kapitan E.Mahmudov deyib: “Baş məşqçinin dediyi kimi, bizi çətin oyun gözləyir. Gürcüstan çempionatı davam etdiyi üçün hazırda rəqib daha yaxşı formadadır. Amma biz çalışacağıq ilk matçla müqayisədə daha yaxşı oyun göstərək, topa daha çox nəzarət edək. Lazım olan nəticəni qazanmaq üçün maksimum əlimizdən gələni etməyə çalışacağıq”.”Penaltilər üzərində həmişə çalışıram. Məncə, pis alınmır. Rəqibin zəif və güclü tərəfləri haqda baş məşqçi bizə məlumat verir. İlk oyundakı səhvləri bu dəfə düzəldəcəyik. Səfər qolunun ləğv olunmasının tərəfdarı deyiləm. Artıq oyun sonrası penaltilərə çox müraciət olunacaq”, – deyə futbolçu əlavə edib.Komandalar arasında Tbilisidə təşkil olunan ilk görüş “Neftçi”nin 2:1 hesablı qələbəsi ilə bitib. İyulun 14-də “Bakcell Arena”da oynanılacaq cavab qarşılaşması saat 21:00-da başlayacaq.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02