UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində

4 İyul 2022 09:56

Xəbər 329 dəfə oxunub

Ağdamın “Qarabağ” klubunun UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində Polşada “Lex” ilə keçirəcəyi ilk oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb.Qarşılaşma üçün 22 mindən çox bilet satılıb.Polşa çempionu kassada 21 minə yaxın biletin qaldığını açıqlayıb. “Poznan” stadionu 43 min azarkeş tutumuna malikdir.Qeyd edək ki, iyulun 5-də oynanılacaq “Lex” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab görüşü bir həftə sonra Bakıda gerçəkləşəcək.xeber100.com