UEFA Çempionlar Liqasının cavab oyunları çərçivəsində

1 May 2018 11:52

Xəbər 1264 dəfə oxunub

Mayın 1-də futbol üzrə UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində ilk qarşılaşma keçiriləcək.Azərtac xəbər verir ki, Madridin “Real” klubu “Santyaqo Bernabeu” stadionunda Münxenin “Bavariya” komandasını qəbul edəcək. Bu komandalar arasında Münxendə keçirilən ilk görüş madridlilərin qələbəsi ilə başa çatıb – 2:1. “Bavariya” finala yüksəlmək üçün ya minimal fərqlə daha böyük hesablı, ya da öz qapısından qol buraxmamaqla ən azı iki top fərqi ilə qələbə qazanmalıdır.al, “Bavariya”nın heyətində isə Robben, Arturo Vidal, Boatenq, Noyer zədə səbəbindən görüşü buraxmalı olacaqlar.Bakı vaxtı ilə saat 22:45-də başlayacaq oyunu türkiyəli Cüneyt Çakır idarə edəcək.Yarımfinal mərhələsinin digər matçı aprelin 2-də İtaliyada oynanılacaq. “Roma” səfərdə 2:5 hesabı ilə məğlub olduğu “Liverpul” ilə qarşılaşacaq.xeber100.com