Martın 9-da UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinə vəsiqə qazanacaq ilk iki komanda müəyyənləşəcək.Azərtac xəbər verir ki, qarşılaşmalar İtaliya və Almaniyada təşkil olunacaq. “Yuventus” Turindəki “Alyans” stadionunda “Portu” klubunu qəbul edəcək. Bu komandalar arasındakı ilk oyun “Portu”nun qələbəsi ilə yekunlaşıb – 2:1. İtaliya təmsilçisinə mərhələ adlamaq üçün minimal hesabla qalib gəlmək də yetərlidir.“Yuventus”un heyətində Danilo cəzalı, Rodriqo Bentankur və Paulo Dibala zədəlidir. Həmçinin zədəsi tam sağalmayan Corco Kyellini və Arturun meydana çıxması sual altındadır. “Portu”nun heyətində isə Şansel Mbemba-Manqulu qarşılaşmada iştirak etməyə bilər. Görüşün idarə olunması niderlandlı referi Byorn Keypersə həvalə olunub.Digər matç Dortmunddakı “Siqnal İduna Park” stadionunda “Borussiya” ilə “Sevilya” klubları arasında olacaq. Oyunu türkiyəli referi Cüneyt Çakır idarə edəcək. İlk görüşdə “Borussiya Dortmund” səfərdə 3:2 hesablı qələbə qazandığı üçün növbəti mərhələyə adlamaq baxımından daha şanslı görünür. Komandaların heyətlərində cəzalı və zədəli futbolçu yoxdur.Hər iki görüş Bakı vaxtı ilə gecə saat 12-də başlayacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…