Avropanın ən nüfuzlu klub turniri olan UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin ilk görüşləri fevralın 14-15-də keçiriləcək. Bu mərhələdə cavab qarşılaşmaları isə bir həftə sonra – fevralın 21-də və 22-də oynanılacaq.Azərtac xəbər verir ki, UEFA qitənin ən nüfuzlu klub turnirinin səkkizdəbir final mərhələləri ilə bağlı maraqlı statistika açıqlayıb.UEFA Çempionlar Liqasının tarixində səkkizdəbir final mərhələlərində ən çox oyun keçirən futbolçu Kriştiano Ronaldodur. Portuqaliyalı futbolçu indiyədək 24 qarşılaşmada meydana çıxıb. Onu 23 oyunla Zlatan İbrahimoviç, hər birinin aktivində 22 matç olan İker Kasilyas və Lionel Messi izləyirlər.Dünyanın ən güclü iki futbolçusu hesab edilən Kriştiano Ronaldo ilə Lionel Messi arasındakı rəqabət bu statistikada da özünü göstərib. Belə ki, səkkizdəbir final mərhələlərində ən çox qol vuran futbolçu Lionel Messidir. Aktivində 20 qol olan argentinalı bu göstərici üzrə portuqaliyalı rəqibini üç top qabaqlayır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…