UEFA Çempionlar Liqasının final mərhələsi çərçivəsində

6 Mart 2018 12:38

Xəbər 1230 dəfə oxunub

Martın 6-da UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsi çərçivəsində iki cavab oyunu keçiriləcək.Azərtac xəbər verir ki, günün mərkəzi görüşündə Fransa təmsilçisi “PSJ” doğma meydanda Madridin “Real” klubunu qəbul edəcək. Bu komandalar arasında ilk görüş madridlilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb.Digər qarşılaşmada isə İngiltərənin “Liverpul” klubu Portuqaliyanın “Portu” komandası ilə üz-üzə gələcək. İlk görüşdə səfərdə 5:0 hesabı ilə qalib gələn “Liverpul”un dörddəbir finala adlamaq şansı olduqca yüksəkdir.Hər iki görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.xeber100.com