UEFA Çempionlar Liqasının final mərhələsinə yekun vurulacaq

14 Mart 2018 14:15

Xəbər 707 dəfə oxunub

Martın 14-də UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində növbəti cavab oyunları keçiriləcək.Azərtac xəbər verir ki, İspaniyada “Barselona” komandası doğma meydanda İngiltərənin “Çelsi” klubunu qəbul edəcək. Bu komandalar arasında Londonda oynanılan ilk görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.Digər oyunda isə Almaniyanın “Bavariya” klubu səfərdə Türkiyənin “Beşiktaş” komandasının qonağı olacaq. Münxendə keçirilən görüşdə meydan sahibləri 5:0 hesabı ilə qələbə qazanıblar.Hər iki görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.xeber100.com