UEFA Çempionlar Liqasının final mərhələsinin cavab görüşü keçirilib

9 Mart 2017 12:59

Xəbər 762 dəfə oxunub

Martın 8-də UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin daha iki cavab görüşü keçirilib.Azərtac xəbər verir ki, turun mərkəzi matçı Kataloniyada “Barselona” ilə Fransanın “PSJ” komandaları arasında olub. İlk görüşdə rəqibinə 0:4 hesabı ilə uduzan Luis Enrikenin yetirmələri möcüzə yaratmağa nail olublar. Doğma meydanda rəqibinə 6:1 hesabı ilə qalib gələn kataloniyalılar növbəti mərhələyə vəsiqə qazanıblar.Günün digər qarşılaşması isə Almaniyada keçirilib. Dortmundun “Borussiya” klubu səfərdə 0:1 hesabı ilə uduzduğu “Benfika”ya doğma meydanda böyük hesabla qalib gəlib. Rəqibini 4:0 hesabı ilə məğlubiyyətə uğradan almanlar növbəti mərhələyə yüksəliblər.xeber100.com