Avqustun 1-də Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında Albaniya təmsilçisi “Kukesi” komandasını qəbul edəcək.Azərtac xəbər verir ki, səfərdə keçirdiyi ilk oyunda qolsuz heç-heçə edən Qurban Qurbanovun yetirmələri doğma meydanda azarkeşlər önündə qələbə qazanmağa çalışacaqlar. Ağdam təmsilçisi bu görüşdə yeni transferləri – Con Delarj və İnnosent Emeqaranı da meydana çıxara bilər.“Qarabağ” komandası “Kukesi” səddini keçəcəyi təqdirdə BATE (Belarus) – HİK (Finlandiya) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək. Məğlub olan komanda isə UEFA Avropa Liqasının III təsnifat mərhələsində “Torpedo” (Gürcüstan) – “Vikinqur” (Farer adaları) matçında üstün olan klubla qarşılaşacaq.Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Oyunun slovakiyalı baş hakim Peter Kraloviç idarə edəcək.Xatırladaq ki, dünən UEFA Çempionlar Liqasının üç oyunu keçirilib. Səfərdə rəqibinə 0:1 hesabı ilə məğlub olan Moldovanın “Şerif” klubu evdə Makedoniyanın “Şkendiya” komandasını sınağa çəkib. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb. Bununla da “Şkendiya” mərhələ adlayıb.İlk oyunda İsrailin “Hapoel” komandasını beş cavabsız qolla darmadağın edən Xorvatiyanın “Dinamo” klubu cavab oyununda məhsuldar heç-heçə (2:2) sayəsində adını növbəti mərhələyə yazdırıb.Slovakiyanın “Spartak” klubu Trnavada Polşanın “Legiya” komandasına 0:1 hesabı ilə uduzub. Lakin ilk görüşdən 2:0 hesablı qələbə ilə ayrılan “Spartak” iki oyunun nəticəsinə görə bu turnirdə mübarizəni davam etdirəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…