UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində

10 Avqust 2023 11:11

Xəbər 326 dəfə oxunub

UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin növbəti oyunları keçirilib. Bu mərhələnin ikinci oyun günündə 3 matç oynanılıb. Fransa “Marsel”i Yunanıstanda “Panatinaikos”a gözlənilmədən məğlub olub – 0:1. İsrailin “Makkabi” (Hayfa) klubu səfərdə Slovakiyanın “Slovan” komandasına qalib gəlib – 2:1. Şotlandiyanın “Reyncers” komandası isə öz meydanında İsveçrə “Servett”indən eyni hesabla üstün olub – 2:1.

Qeyd edək ki, komandalar arasında cavab görüşləri gələn həftə oynanılacaq.xeber100.com