UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin oyunları çərçivəsində

25 İyul 2022 13:23

Xəbər 347 dəfə oxunub

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Sürix” (İsveçrə) – “Qarabağ” (Ağdam) oyununu Niderlanddan olan hakimlər briqadası idarə edəcək.Matçın baş hakimi Allard Lindhout olacaq. Ona Çarles Şaap və Roy De Nas kömək edəcəklər. Dördüncü hakim funksiyasını Jeroen Mansçot yerinə yetirəcək.Sürix şəhərindəki “Letzigrund” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıda təşkil olunan ilk oyunda “Qarabağ” rəqibini 3:2 hesabı ilə məğlub edib.xeber100.com