UEFA Çempionlar Liqasının ikinci yarımfinal oyunu keçiriləcək

19 Avqust 2020 13:31

Xəbər 1132 dəfə oxunub

Bu gün UEFA Çempionlar Liqasının ikinci yarımfinal oyunu keçiriləcək.Azərtac xəbər verir ki, həlledici oyuna sonuncu vəsiqə uğrunda Almaniyanın “Bavariya” klubu Fransanın “Lion” komandasını ilə qarşılaşacaq.Portuqaliyanın paytaxtı Lissabondakı “Eştadiu Joze Alvalade” stadionunda keçiriləcək oyunu ispaniyalı referi Antonio Migel Mateu Laos idarə edəcək.Fransa klubunda malili müdafiəçi Yussuf Kone zədə səbəbindən oynaya bilməyəcək. Münhenlilərin heyətində isə itki yoxdur.Qeyd edək ki, bu cütün qalibi finalda ötən gün Almaniyanın “Leyptsiq” klubunu 3:0 hesabı ilə məğlub edən Fransanın “Paris Sen-Jermen” komandası olacaq.xeber100.com