UEFA 2019-cu ildə keçiriləcək futbol üzrə klub turnirlərinin final qarşılaşması və Superkubok uğrunda oyun üçün namizədliyini irəli sürmüş və tələb olunan vaxta – iyunun 6-dək sifariş kitabını təqdim etmiş milli assosiasiyaların siyahısını açıqlayıb.Azərtac UEFA-nın saytına istinadla xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) 2019-cu ildə UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası turnirlərinin final oyunlarının keçirilməsi üçün Bakı Olimpiya Stadionunun namizədliyini irəli sürüb.UEFA Çempionlar Liqasının final qarşılaşmasına ev sahibliyi etmək üçün İspaniyanın “Atletiko Madrid” klubunun “Metropolitano” stadionu da namizəddir.Avropa Liqasının final görüşünə isə Bakı Olimpiya Stadionu ilə yanaşı, “Sevilya” klubunun “Ramon Sançes-Pisxuan” və İstanbulun “Beşiktaş Arena” stadionlarının sifariş kitabları təqdim olunub.UEFA İcraiyyə Komitəsinin bu məsələ ilə bağlı qərarı sentyabrın 21-də açıqlanacaq.Qeyd edək ki, Superkubok uğrunda qarşılaşmaya ev sahibliyi ilə bağlı yeddi, qadınlar arasında futbol üzrə Çempionlar Liqasının final matçını qəbul etmək üçün isə iki ölkə UEFA-ya müraciət ünvanlayıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…