UEFA Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulacaq

12 Dekabr 2018 12:47

Xəbər 558 dəfə oxunub

Dekabrın 12-də UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün qrup mərhələsinə yekun vurulacaq.Azərtac xəbər ki, 12 xalla G qrupuna liderlik edən “Real Madrid” qrupda sonuncu pillədə qərarlaşan “CSKA”nı (Rusiya) qəbul edəcək. Doqquz xalla ikinci sırada qərarlaşan “Roma” isə səfərdə qrupun üçüncüsü “Viktoriya Plzen” komandasının qonağı olacaq. “Real Madrid” və “Roma” pley-off mərhələsinə vəsiqəni təmin etdiklərindən bu tur UEFA Avropa Liqasına vəsiqəyə sahib olmaq üçün “Viktoriya Plzen” və “ÇSKA” üçün vacib əhəmiyyət daşıyır. Hər iki komandanın 4 xalı var.E qrupunda yel alan “Ayaks” (Hollandiya) doğma meydanda “Bavariya” ilə görüşəcək. Komandalar pley-off mərhələsinə vəsiqələri artıq təmin ediblər. Qrupun lideri bu oyunun nəticəsində müəyyənləşəcək. “Bavariya”nın 13, “Ayaks”ın isə 11 xalı var. Dörd xalla qrupda üçüncü sırada qərarlaşan “Benfika” xal qazana bilməyən “AEK Larnaka” ilə üz-üzə gələcək.On üç xalla F qrupuna liderlik edən “Mançester Siti” doğma meydanda qrupun autsayderi, aktivində üç xal olan “Hoffenhaym” (Almaniya) klubunu qəbul edəcək. Qrupun digər oyununda qrupda ikinci yer uğrunda gərgin idman mübarizəsi gözlənilir. Donetskin “Şaxtyor” komandası Ukraynada Fransanın “Lion” kollektivini qəbul edəcək. “Şaxtyor” qələbə qazanacağı təqdirdə pley-offa yüksələcək. Fransızlara bu oyunda heç-heçə də kifayət edir. Fransa təmsilçisinin aktivində 7, “Şaxtyor”un isə 5 xalı var.H qrupunda yer alan “Yuventus” səfərdə İsveçrənin “Yanq Boyz” komandasının qonağı olacaq. Qrupun digər oyununda isə “Valensiya” öz meydanında “Mançester Yunayted”i qəbul edəcək. Beş turdan sonra turnir cədvəlinə 12 xalı olan “Yuventus” başçılıq edir. Aktivində 10 xal olan “Mançester Yunayted” ikinci, “Valensiya” 5 xalla üçüncü yerdədir. “Yanq Boyz” isə 1 xalla sonuncu yerdə qərarlaşıb.xeber100.com

 

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02