Dekabrın 11-də UEFA Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulacaq.Azərtac xəbər verir ki, turun ikinci oyun günündə A, B, C və D qrupundakı komandalar qarşılaşacaqlar.Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” Fransada “Paris Sen-Jermen” klubunun qonağı olacaq. A qrupunun digər matçında “Brügge” Belçikada İspaniyanın “Real Madrid” klubunu qəbul edəcək. Madrid və Paris təmsilçiləri səkkizdəbir finala vəsiqəni təmin ediblər. Bu turun nəticəsində qrupdan UEFA Avropa Liqasında çıxış edəcək komanda müəyyənləşəcək. İstanbul təmsilçisi bu vəsiqəni qazanmaq üçün qalib gəlməli, “Brügge” isə xal itirməlidir.Günün mərkəzi qarşılaşması B qrupunda yer alan Almaniyanın “Bavariya” və İngiltərənin “Tottenhem” klubları arasında baş tutacaq. Bu komandaların səkkizdəbir finalda çıxış edəcəkləri öncədən dəqiqləşib. Qrupun digər oyununda Yunanıstanın “Olimpiakos” klubu isə Serbiyanın “Srvena Zvezda” komandasını qəbul edəcək. Qonaqlar ən azı heç-heçə sayəsində UEFA Avropa Liqasında iştirak hüququna sahib olacaqlar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…