Avqustun 27-də UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinə vəsiqə qazanan üç klubun adı müəyyənləşib.Azərtac xəbər verir ki, səfərdə 0:4 hesabı ilə məğlub olan Rusiyanın “Krasnodar” klubu doğma meydanda Yunanıstanın “Olimpiakos” klubuna ikinci dəfə məğlub olub – 1:2.İsveçrənin “Yanq Boyz” klubu Serbiyada “Srvena Zvezda” ilə 1:1 hesablı heç-heçə edib. İki oyunun nəticəsinə əsasən Serbiya təmsilçisi qrup mərhələsinə vəsiqə qazanıb. Bu klublar arasında İsveçrədə baş tutan görüşdə qalib müəyyənləşməyib – 2:2.Günün üçüncü qarşılaşması isə Norveçdə oynanılıb. “Rusenborq” Xorvatiyanın “Dinamo” kollektivini qəbul edib. Görüş 1:1 hesabı ilə yekunlaşıb. Bu klublar arasında ilk qarşılaşma 2:0 hesabı ilə Xorvatiya təmsilçisinin xeyrinə başa çatıb.Beləliklə, “Srvena Zvezda”, “Olimpiakos” və “Dinamo” qrup mərhələsinə vəsiqə qazanıb.Qeyd edək ki, mərhələnin digər üç oyunu avqustun 28-də keçiriləcək. Belə ki, “Ayaks” – “APOEL” (0:0), “Brügge” – LASK (1:0) və “Slavia Praqa” – “ÇFR Kluj” (1:0) qarşılaşmaları oynanılacaq.Qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinin püşkatma mərasimi avqustun 29-da Monakoda olacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…