UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində

19 Oktyabr 2017 14:05

Xəbər 1118 dəfə oxunub

UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində “Olimpiakos” ilə oyun “Barselona” futbol klubunun hücumçusu Messi üçün əlamətdar olub.Azərtac xəbər verir ki, Messi görüşün 61-ci dəqiqəsində fərqlənməklə avrokuboklarda vurduğu qolların sayını 100-ə çatdırıb.Otuz yaşlı argentinalı futbolçu qolların 97-sini Çempionlar Liqasında, 3-nü isə Avropa Super Kuboku yarışlarında vurub.Qeyd edək ki, Messi yalnız Kriştianu Ronaldudan geri qalır. Belə ki, portuqaliyalı futbolçu avrokubolarda 113 qol vurub.xeber100.com