UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda

18 Oktyabr 2017 11:41

Xəbər 745 dəfə oxunub

İngiltərənin “Liverpul” klubu futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda səfərdə Sloveniyanın “Maribor” komandasına 7:0 hesabı ilə qalib gəlib.Azərtac xəbər verir ki, İngiltərə təmsilçisi səfərdə rəqibin qapısından 7 cavabsız top keçirməklə turnirin rekordunu yeniləyib.Bu, həmçinin İngiltərə klublarının UEFA Çempionlar Liqasında (Çempionlar Kuboku) səfər qarşılaşmalarında qazandıqları ən böyük hesablı qələbədir.Qeyd edək ki, əvvəllər Çempionlar Liqasında səfər oyununda 7:0 hesablı qələbəni “Şaxtyor Donetsk” və “Marsel” komandaları qazanıblar. Donetsk təmsilçisi 2014-cü ildə BATE, “Marsel” isə 2010-cu ildə “Jilina” üzərində böyük hesablı qələbəyə sevinib.xeber100.com