UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinə yekun vurulacaq

17 Mart 2021 14:48

Xəbər 388 dəfə oxunub

Martın 17-də keçiriləcək iki oyunla UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinə yekun vurulacaq.Azərtac xəbər verir ki, Londonun “Çelsi” klubu “Atletiko Madrid” komandasını qəbul edəcək. İlk görüşdə 1:0 hesablı qələbə qazanan London təmsilçisi oyuna itkilərlə çıxacaq. Yarımmüdafiəçilər Meyson Maunt və Jorjinyo cəzalı olduqları üçün komandaya kömək edə bilməyəcəklər. Zədəli futbolçulardan Tiaqo Silva və Temmi Abrahamın oyunda iştirakı matç zamanı müəyyənləşəcək. Madrid təmsilçisinin heyətində isə itki yoxdur.Günün digər qarşılaşmasında “Bavariya” Almaniyada “Latsio”nu sınağa çəkəcək. Romada rəqibini 4:1 hesabı ilə üstələyən Münhen təmsilçisinin dörddəbir finala yüksələcəyini indidən demək olar. Meydan sahiblərinin heyətində Duqlas Kosta və Korenten Tolisso zədəlidir. “Latsio”da isə Manuel Lazzari eyni səbəbdən matçı buraxa bilər.Qeyd edək ki, “Borussiya Dortmund”, “Portu”, “Liverpul”, “Mançester Siti”, “Real Madrid” və “Paris Sen-Jermen” klubları dörddəbir finala vəsiqə qazanıblar.xeber100.com