UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində

26 Fevral 2020 11:20

Xəbər 517 dəfə oxunub

Fevralın 25-də futbol üzrə UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün səkkizdəbir final mərhələsinin növbəti oyunları keçirilib.Azərtac xəbər verir ki, “San Paolo” stadionunda oynanılan görüşdə “Napoli” klubu “Barselona” komandasını qəbul edib.Görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb.Oyunda hesabı meydan sahibləri açıb. Dris Mertena 30-cu dəqiqədə hesabı açıb. Fasilədən sonra Kataloniya təmsilçisi hesaba tarazlıq gətirib. Antuan Qrizman cinah ötürməsini dəqiq zərbə ilə tamamlayıb.Bu komandalar arasındakı cavab görüşü martın 18-də keçiriləcək.xeber100.com