Dekabrın 13-də futbol üzrə UEFA Çempionlar Liqasının 2021-2022-ci il mövsümünün səkkizdəbir final mərhələsinin püşkü yenidən atılıb.UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən püşkatma mərasimində pley-offda qarşılaşacaq cütlüklər müəyyənləşib.Püşkatma zamanı klublar səpələnmişlər və səpələnməmişlər səbətlərində yer alıblar. Səkkizdəbir finalda eyni ölkə təmsilçiləri və eyni qrupda yer alan klublar bir-biri ilə qarşılaşmayacaqlar. Qrup qalibləri ilk matçı səfərdə, cavab oyununu isə evdə keçirəcək.
Püşkatmanın nəticələri aşağıdakı kimidir:
“Zaltsburq” (Avstriya) – “Bavariya” (Almaniya);
“Sportinq” (Portuqaliya) – “Mançester Siti” (İngiltərə);
“Benfika” (Portuqaliya) – “Ayaks” (Niderland);
“Çelsi” (İngiltərə) – “Lill” (Fransa);
“Atletiko Madrid” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə);
“Vilyarreal” (İspaniya) – “Yuventus” (İtaliya);
“İnter” (İtaliya) – “Liverpul” (İngiltərə);
“Paris Sen-Jermen” (Fransa) – “Real Madrid” (İspaniya).
Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları 2022-ci il fevralın 16-17-də və 23-24-də, cavab qarşılaşmaları isə martın 9-10-da və 16-17-də keçiriləcək. Dörddəbir final mərhələsinin görüşləri aprelin 5-6-da və 12-13-də, yarımfinal matçları aprelin 26-27-də və mayın 3-4-də oynanılacaq. Qitənin ən nüfuzlu klub turnirinin final görüşü mayın 28-də Sankt-Peterburqdakı “Qazprom Arena”da keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…