UEFA Çempionlar Liqasının son səkkizdəbir final mərhələsində

15 Mart 2018 12:59

Xəbər 1302 dəfə oxunub

UEFA Çempionlar Liqasının son səkkizdəbir final mərhələsində “Barselona” “Çelsi”ni qəbul edib.Azərtac xəbər verir ki, “Nou Kamp” stadionunda keçirilən oyun 3:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. İlk oyunda “Barselona”nın heyətində Messi (2) və Osman Dembele fərqləniblər.Xatırladaq ki, Londonda keçirilən ilk matç 1:1 hesabı ilə başa çatıb.Qeyd edək ki, dörddəbir finala “Real”, “Yuventus”, “Sevilya”, “Bavariya”, “Barselona”, “Mançester Siti”, “Roma” və “Liverpul” vəsiqə qazanıb. Mərhələnin püşkatması martın 16-da keçiriləcək.xeber100.com