UEFA Çempionlar Liqasının təsnifat və qrup mərhələsində mübarizə aparacaq komandaların adlarında dəyişikliklər olub.Azərtac xəbər verir ki, “Bavariya” və PSJ 2019-2020-ci il mövsümündə ölkə çempionu olduqları üçün növbəti il birbaşa Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcəklər. Bu səbəbdən də pley-off oynamalı olan “Ayaks” qrup mərhələsinə, Yunanıstan və Çexiya çempionları “Olimpiakos” və “Slaviya” isə üçüncü təsnifat mərhələsi əvəzinə pley-offda iştirak imkanı əldə ediblər.Azərbaycan çempionu “Qarabağ” ikinci təsnifat mərhələsində Moldovanın “Şerif” klubuna qalib gəlsə, növbəti mərhələdə “Seltik” (Şotlandiya), “Dinamo” (Zaqreb, Xorvatiya), “Lüdoqorets” (Bolqarıstan), “Yanq Boyz” (İsveçrə) və “Srvena Zvezda” (Serbiya) klublarından biri ilə qarşılaşacaq.Qeyd edək ki, “Qarabağ”-“Şerif” matçı avqustun 26-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…